AZ

Bakının məşhur bazarının yaxınlığında yanğın: Yolda sıxlıq yaranıb

Bakının məşhur bazarının yaxınlığında yanğın: Yolda sıxlıq yaranıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Sonxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

14:56

Bakıda ticarət mərkəzində baş verən yanğın yolda sıxlıq yaradıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
44
sonxeber.az

10Mənbələr