AZ

Bakıda gənc oğlan yolun ortasında maşının qapısını açıb ətrafa silah tuşladı –POLİS HƏRƏKƏTƏ KEÇDİ

Bakıda avtomobilin qapısını açaraq əlindəki sliahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxsin görüntüləri yayılıb.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayıb.

 

Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları narahat edib.

 

DİN-in Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır: “Araşdırma gedir və nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.


Seçilən
27
14
senzor.az

10Mənbələr