AZ

Bakıda gənc oğlan avtomobilin qapısını açıb ətrafa silah tuşladı - video

Bakıda avtomobildən silah nümayiş etdirən şəxsin görüntüləri yayılıb. Videonu Patrul.az saytı yayıb.

Görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayır.

Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları narahat edib.

DİN Mətbuat xidmətindən bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır.

 

Seçilən
38
14
buta.media

10Mənbələr