AZ

HƏMAS-ın yeni lideri GÖRÜN KİM OLDU

  HƏMAS hərəkatının Qəzzadakı lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.

Referans.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.

Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

O, 1989-cu ildə iki İsrail əsgərinin öldürülməsini təşkil etdiyinə görə həbs edilib. 2011-ci ildə məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.

2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.

Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
referans.az

10Mənbələr