AZ

HƏMAS-ın yeni rəhbəri seçilib - BƏYANAT

Yəhya əs-Sinvar öldürülən İsmayıl Həniyənin yerinə Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib.
 

Sfera.az xəbər verir ki, bu barədə hərəkat məlumat yayıb.
 

“Həmas İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edib”, - bəyanatda deyilib.
 

Qeyd edildiyi kimi, əs-Sinvar əvvəllər Qəzza zolağında hərəkatın lideri olub.


Xatırladaq ki, iyulun 31-nə keçən gecə Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri öldürülüb . Fələstin hərəkatı bu hücumu xain hücum adlandırıb və günahı “sionistlərin” üzərinə atıb.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
47
sfera.az

10Mənbələr