AZ

2024-cü ildə dünyada ən çox satılan avtomobillər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İlin birinci yarısının nəticələrinə görə, "Tesla Model Y" elektrik krossoveri dünyada ən populyar avtomobil olub.
Oxu.Az bu barədə "focus2move"un məlumatlarına istinadən xəbər verir.
Amerikalı iş adamı İlon Maskın brendi 162 ölkədə modelin 581 min nüsxəsini satıb ki, bu da "Tesla Model Y"ın ilk dəfə bestseller olduğu keçən illə müqayisədə, demək olar ki, 2% çoxdur.
Reytinqdə ikinci yeri 544 min ədəd göstərici ilə "Toyota Corolla" tutub (+5,7%). Üçüncü yerdə "Toyota RAV4" (498 min ədəd, +23,2%) qərarlaşıb.
Reytinqdə növbəti yerlər "Ford F-Series" (411 min ədəd) və "KIA K5" (373 min ədəd) tutub. Altıncı yerdə "Honda CR-V" (362 min ədəd), yeddinci yerdə "Chevrolet Silverado" (328 min ədəd), səkkizinci yerdə isə "Hyundai Tucson" (296 min ədəd) qərarlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
oxu.az

10Mənbələr