AZ

“Qızıl top” uğrunda qızğın mübarizə - Lider kimdir?

Dünyaca məşhur “Goal” nəşrinin versiyasına görə, Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius Junior “Qızıl top”a namizədlər siyahısında birincidir.

“Qafqazinfo” xəbər verir ki, ilk beşliyə “Mançester Siti” klubunun futbolçusu Rodri, “Real”ın futbolçuları Cud Bellinqem və Dani Karvaxal, həmçinin “İnter”in hücumçusu Lautaro Martines daxil olublar. 

“Real”ın fransalı ulduzu Kilian Mbappe yeddinci, AVRO-2024-ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi 16-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda ingilislərə 2:1 hesabı ilə qalib gəliblər. 

Martines və Messi isə Amerika kubokunun qalibi olublar.

Onu da bildirək ki, Lionel Messi 8 dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023) “Qızıl top”u qazanıb və futbol tarixində ən çox bu mükafatı alan futbolçudur. 

Vinisius Junior

Rodri

Cud Bellinqem

Dani Karvaxal

Lautaro Martines

Kilian Mbappe

Lamin Yamal

Lionel Messi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
qafqazinfo.az

10Mənbələr