AZ

“Qızıl top”a əsas namizədlər məlum oldu


Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius Junior “Qızıl top”a namizədlər siyahısında birinci olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Goal” nəşrinin təqdim etdiyi versiyada öz əksini tapıb.
İlk 5-liyə Vinisius Juniorla yanaşı, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem, “Real Madrid”in sağ cinah müdafiəçisi Dani Karvaxal, həmçinin “İnter”in hücumçusu Lautaro Martines daxil olub.
Fransa millisi ilə birlikdə Avropa çempionatının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırılan Kilian Mbappe yeddinci, “Avro-2024”ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi 16-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda onlar ingilislərə 2:1 hesabı ilə qalib gəliblər. Yamal həm də dörd məhsuldar ötürmə ilə ən yaxşı assistent olub.
Lautaro Martines və Messi isə əlavə vaxtda Kolumbiyaya qalib gələrək, Amerika kubokunun qalibi olublar - 1:0. Qələbə qolunu 112-ci dəqiqədə Martines vurub, Messi 66-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
Xatırladaq ki, 2023-cü ildə “Qızıl top”u Messi qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
9
yeniavaz.com

10Mənbələr