AZ

İran mümkün müharibə zamanı kömək üçün Rusiyaya müraciət edib

İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib.

Oxu.Az xəbər verir ki, "The Wall Street Journal" bu məlumatı hərbi planlama ilə tanış olan İran rəsmilərinə istinadən xəbər verir.

Artıq məlum olduğu kimi, İranda səfərdə olmuş Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda bu ölkənin Prezidenti Məsud Pezeşkianla, həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.

Görüş çərçivəsində İran prezidenti Rusiya rəsmisinə bildirib ki, Tehran özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmindədir.

Pezeşkian vurğulayıb ki, İsrailin Qəzza zolağındakı hərbi fəaliyyəti və Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi bütün beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
xezerxeber.az

10Mənbələr