AZ

Sergey Şoyqu Tehrana səfər edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana planlaşdırılan işgüzar səfər edib.
Bu barədə Oxu.Az Interfaks.ru-ya istinadən məlumat verir.
Məlumata görə, Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Həmçinin İran Prezidenti Məsud Pezeşkian Şoyqunu qəbul edəcək.
"Danışıqlarda təhlükəsizlik sahəsindən tutmuş ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər ikitərəfli əməkdaşlığın geniş spektrləri və gücləndirilməsi məsələləri müzakirə olunacaq", - deyə Rusiya Təhlükəsizlik Şurası Aparatından bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
11
oxu.az

10Mənbələr