AZ

Sergey Şoyqu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çərşənbə axşamı Bakıya işgüzar səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Şoyqu həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev, eləcə də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
11
oxu.az

10Mənbələr