Olaylar xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, atışmada 33 yaşlı V.B. ağır yaralanaraq xəstəxanaya aparılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin Pokr Vedidə Ovannisyan küçəsindəki restoranlardan birində ad günü zamanı baş verdiyini müəyyən ediblər. Tədbir zamanı bir qrup gənc mübahisə edib və atışma baş verib. Hüquq-mühafizə orqanları cinayətkarı axtarır.
Qeyd edək ki, Ermənistanda mübahisələr zamanı silahdan istifadə adi hala çevrilib. Bu isə 2020-ci il müharibəsi zamanı əhaliyə kütləvi silahın paylanması ilə bağlıdır. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31