AZ

Ermənistanda ad günündə atışma baş verdi

Avqustun 4-ü axşam saatlarında Xor Virap bölgəsində atışma olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, atışmada 33 yaşlı V.B. ağır yaralanaraq xəstəxanaya aparılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin Pokr Vedidə Ovannisyan küçəsindəki restoranlardan birində ad günü zamanı baş verdiyini müəyyən ediblər. Tədbir zamanı bir qrup gənc mübahisə edib və atışma baş verib. Hüquq-mühafizə orqanları cinayətkarı axtarır.

Qeyd edək ki, Ermənistanda mübahisələr zamanı silahdan istifadə adi hala çevrilib. Bu isə 2020-ci il müharibəsi zamanı əhaliyə kütləvi silahın paylanması ilə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
axar.az

10Mənbələr