AZ

ABŞ və İran nümayəndələrinin məxfi görüşü keçirilib

ABŞ

“Gərginliyin artdığı bir vaxtda ABŞ rəsmiləri Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” xəbərdarlığı ediblər. Onlar İsrail baş nazirinin planlaşdırdığı böyük müharibədən qaçmaq üçün İranaxəbərdarlıq mesajı çatdırıblar”.

Reyting.az
xəbər verir ki, belə iddia ilə Küveytin “Al Ceride” qəzeti çıxış edib.

İddia olunur ki, iki saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-nın İsrailin yanında olacağını və onun müdafiəsinə dəstək verəcəyini bildirib və böyük müharibə istəmədiklərini vurğulayıblar.

ABŞ hökumətinin Haniyənin öldürülməsindən xəbərsiz olduğunu bildirən səlahiyyətlilər deyiblər ki, İsrail baş naziri Binyamin Netanyahu nəzarətdən çıxıb və böyük bir regional müharibə istəyir. Onlar İran tərəfinə “Netanyahu İranın məhvinə çalışır və onun hiyləsinə uymayın”, - deyə xəbərdarlıq ediblər.

Görüşdə ABŞ nümayəndə heyəti İrandakı bəzi “Mossad” agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib və bu mesajı çatdırıb: “Biz anlayırıq ki, siz prestij üçün hücum edirsiniz. Amma bu səhvdir. Əgər siz dərhal nüvə razılaşması etsəniz, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız”.

“Əl Ceride”nin hesabatında İran nümayəndə heyətinə Baydenin İranla döyüşmək istəmədiyi, Netanyahudan qətiyyən razı olmadığı, İranın hücumu halında İsraili müdafiə edəcəklərini, lakin müharibə istəmədikləri bildirilib.

Nümayəndə heyəti izah edib ki, Bayden administrasiyası əsaslı dəyişikliklər etmək və İsrailin hazırkı baş nazirini istisna edən yeni regional tənliklər qurmaq istəyir.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
reyting.az

10Mənbələr