AZ

"İran-İsrail arasında böyük müharibə gözlənilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İranla İsrail arasında heç vaxt sönməyən münaqişə davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, indiyə qədər tərəflər bir-birini əzələ nümayiş etdirməklə hədələyirdilərsə və ya dolayısı ilə müharibə aparırdılarsa, Tehranda HƏMAS lideri İsmayıl Haniyənin qətlindən sonra birbaşa toqquşma ehtimalı daha da böyümüşdür: "Hətta İranın ali dini lideri İsrailə cavabının çox ağır olacağını və bütün dünyanın yeni bir xəbərlə qarşılaşacağını bildirib.

İranda silahlı qüvvələrin yerdəyişmə etdiyini, İsraildə isə potensial hücum təhlükəsi müşahidə edəcəyi təqdirdə İranı qabaqlayacağını və ABŞ hərbi gəmilərinin fars körfəzinə gələrək növbə çəkdiyi bildirilir. Hətta müharibənin başlayacağı təqdirdə birləşmiş qərbin İsrailə dəstək verəcəyi açıq-aydın şəkildə ifadə olunur.

Bütün bu baş verən proseslər onu deməyimizə imkan verir ki, İran-İsrail arasında böyük müharibə gözlənilir. Əgər müharibə baş verərsə, müharibənin əhatə dairəsi çox genişlənəcəkdir. Yəni bu ancaq İran və İsrail arasında müharibə ilə kifayətlənməyəcək. Nəticədə bu, nüvə müharibəsinə qədər uzana bilər. Ona görə də böyük güclər müharibənin qarşısının alınması üçün tədbirlər görməyə tələsməlidir. Çünki, İran-İsrail müharibəsi Ukrayna-Rusiya müharibəsindən daha böyük masştabı əhatə edə bilər. Bu da ümumiyyətlə bəşəriyyət üçün böyük təhlükə deməkdir".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
sia.az

10Mənbələr