AZ

"Onu dəstəkləməkdən başqa çarəm yoxdur" - Mask Trampı şantaj edir?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə İlon Maskın dəstəyini aldığı üçün elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəsi olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası üçün keçirdiyi mitinqdə çıxış edən Tramp amerikalı milyarder Maskın dəstəyini dəyərləndirib.

"Mən elektrikli avtomobillərin tərəfdarıyam. Buna məcburam, çünki İlon məni çox güclü şəkildə dəstəklədi. Ona görə də başqa seçimim yoxdur", - deyə Tramp bildirib.

İlon Mask daha əvvəl Trampın prezidentlik kampaniyasına çox aşağı səviyyədə ianə verdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
publika.az

10Mənbələr