AZ

Trampdan 'Elon Mask' etirafı! 'Mənim seçimim yoxdur'



ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə İlon Maskın dəstəyini aldığı üçün “elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəsi olmadığını” açıqlayıb.
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası üçün keçirdiyi mitinqdə çıxış edən Tramp amerikalı milyarder Maskın dəstəyini dəyərləndirib.
Tramp, "Mən elektrikli avtomobillərin tərəfdarıyam. Olmalıyam, çünki bilirsiniz ki, Elon məni çox güclü dəstəklədi. Ona görə də seçimim yoxdur". dedi.

Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Mask daha əvvəl Trampın prezidentlik kampaniyasına ianə verdiyini, lakin onun ianələrinin “çox aşağı səviyyədə” olduğunu bildirmişdi.

Tramp ABŞ prezidenti Co Baydenin elektrikli avtomobillərə verdiyi dəstəyi “cəhənnəmə keçid” kimi qiymətləndirib.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
aia.az

10Mənbələr