AZ

Hansı meyvələr sağlamlıq problemlərinə səbəb ola bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Mövsümündə yeyilməyən meyvələrin qəbulu bəzi sağlamlıq problemlərinə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, bunlara aşağıdakıları misal göstərmək olar:

"1. Qida dəyərinin itirilməsi: Meyvələr yetişmə dövründə ən yüksək qida tərkibinə malikdir. Mövsümdənkənar meyvələrin qəbulu, vitaminlər, minerallar, antioksidantlar və meyvələrin digər faydalı komponentləri əhəmiyyətli dərəcədə azalır. Bu vəziyyət bədənin lazımi qidaları kifayət qədər qəbul etməməsinə səbəb olur.

2. Pestisid (Antibiotik) qalıqları riski: Mövsümdənkənar meyvələr daha uzun vaxt saxlanılmalı olduğundan və daşınma şərtləri daha çətin olduğundan, onların sıx kimyəvi müalicələrə məruz qalması lazım ola bilər. Bu, orqanizmdə pestisidlərin yığılmasına və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

3. Mədə-bağırsaq sistemi problemləri: Mövsümdənkənar meyvələrin həzm edilməsi daha çətin olur. Bəzi meyvələrin yüksək turşuluğu, az lifli olması və ya sərtləşməsi səbəbindən mədə-bağırsaq problemləri (həzm pozğunluğu, şişkinlik, qəbizlik və s.) yarana bilər.

4. Allergik reaksiyalar: Mövsümdən kənar meyvələrin tərkibi onların mövsümi versiyalarından fərqli ola bilər. Bu, allergik həssaslığı olan insanlarda daha güclü reaksiyalara səbəb ola bilər.

5.Dad itkisi: Mövsümdənkənar meyvələr adətən daha zəif dad və qoxuya malikdir. Bu da onların nə qədər süni və lazımsız olduguna işarədir.

6. İmmunitet sisteminin zəifləməsi: Meyvələri mövsümündə qəbul etməmək orqanizmin lazım olan vitamin və mineralları qəbul etməməsinə səbəb olur. Bu da immunitet sistemini zəiflədir və xəstəliklərə qarşı müqaviməti azaldır.

7. Ümumi sağlamlıq problemləri: Bütün bu səbəblərə görə mövsümdənkənar meyvələrin qəbulu orqanizmə mənfi təsir göstərə bilər. Kilo artımı, xroniki yorğunluq, dəri problemləri və asanlıqla xəstələnmək kimi ümumi sağlamlıq problemləri yarana bilər.

Xülasə, mövsümündə yetişdirilən meyvələrin qəbulu sağlamlıq üçün daha çox faydalıdır. Bədən üçün ideal qida balansını təmin etmək üçün mümkün qədər təbii və mövsümi qidaların seçilməsi vacibdir".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
43
sia.az

10Mənbələr