AZ

Qonşu ölkədə 7 689 ha meşə yanır


Rusiyada meşə yanğınları ilə mübarizə davam edir.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Buryatiyada yanğın olan 2 yeni meşə sahəsi aşkarlanıb.

Bununla da meşə yanğınlarının qeydə alındığı ocaqların sayı 7-yə çatıb. Buryatiyada meşə yanğınları ümumilikdə 7 689 ha sahəni əhatə edir. Yanğınların söndürülməsinə 160 yanğınsöndürən, 12 xüsusi texniki vasitə cəlb olunub.

Meşə yanğınları ilə bağlı Buryatiyada regional çərçivədə fövqəladə vəziyyət rejimi qüvvədədir.


Seçilən
45
5
news24.az

7Mənbələr