AZ

Rusiyada 7,5 ha meşə yanır

Rusiyada meşə yanğınları ilə mübarizə davam edir.

APA-nın xəbərinə görə, Buryatiyada yanğın olan 2 yeni meşə sahəsi aşkarlanıb.

Bununla da meşə yanğınlarının qeydə alındığı ocaqların sayı 7-yə çatıb. Buryatiyada meşə yanğınları ümumilikdə 7 689 ha sahəni əhatə edir. Yanğınların söndürülməsinə 160 yanğınsöndürən, 12 xüsusi texniki vasitə cəlb olunub.

Meşə yanğınları ilə bağlı Buryatiyada regional çərçivədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Seçilən
98
5
apa.az

7Mənbələr