AZ

Rusiya İrana İsraillə savaşmaq üçün “İsgəndər” verdi - MÜNAQİŞƏ QIZIŞIR

Rusiya İrana müasir “Murmansk-BN” elektron döyüş sistemlərini verib.
 
Musavat.com xəbər verir ki, bu barədə X-kanal BRICS News məlumat yayıb.
 
Bu elektron müharibə sistemləri İran və İsrail arasında silahlı qarşıdurmada mühüm rol oynaya bilər.
 
“Yaxın Şərqdə Müharibə və Sülh” adlı telegram kanalı qeyd edir ki, son iki gündə Rusiyadan gələn bir neçə "İl" nəqliyyat təyyarəsi Tehrana enib. Bildirilir ki, Rusiya İrana Murmansk elektron müharibə sistemlərini verib.
 
Amerikanın NBC News telekanalı xəbər verir ki, İran Rusiyadan “İsgəndər” ballistik raket sistemlərini alıb.
 
Qeyd edək ki, “İsgəndər” raketləri 500 km-ə qədər məsafədə olan hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
28
moderator.az

10Mənbələr