AZ

Qərb-Rusiya məhbus mübadiləsinin ilk mərhələsi baş tutdu

Qərblə Rusiya arasında məhbus mübadiləsinin ilk mərhələsi Kalininqradda baş tutub.

Bu barədə Qaynarinfo "Mash” "Telegram" kanalına istinadən xəbər verir.

Sloveniyada casusluq ittihamı ilə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilən Artyom Dultsev və Anna Dultseva Rusiyaya ekstradisiya edilib.

Bu gün səhər saatlarında Qərblə məhbus mübadiləsi üçün istifadə edilən "Rusiya” uçuş heyətinin An-148 təyyarəsi Kalininqradda yerə enib. İki saatlıq dayanmadan sonra RA-61727 nömrəli layner Murmansk istiqamətində hərəkət edib. 

Xatırladaq ki, vəziyyətlə tanış olan mənbə bir gün əvvəl "The Moscow Times”a bildirib ki, Rusiya öz kəşfiyyat zabitləri və agentləri müqabilində ümumilikdə 20-30 rusiyalı siyasi məhbus və jurnalisti Qərbə ekstradisiya edə bilər.

Mübadilədə iştirak edən ehtimal olunan şəxslər Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ilə əlaqəli şəxslər, ABŞ vətəndaşları və "hərbi feyk xəbərlər” maddəsilə məhkum edilmiş bir qrup rusiyalıdır. Onların arasında müxalifətçilər Vladimir Kara-Murza və İlya Yaşin, həmçinin casusluqda təqsirli bilinən "Wall Street Journal”ın jurnalisti Evan Gerşkoviç də var.

RBC məlumatlara istinadən yazır ki, günorta saatlarında Rusiya Prezident Administrasiyasının istifadəsində olan "Rusiya” xüsusi uçuş dəstəsinin RA-64059 nömrəsi (uçuş nömrəsi RSD939) olan Tu-204-300 təyyarəsi Moskvadan Ankaraya uçub. Eyni zamanda C-130J-30 Super Hercules hərbi-nəqliyyat təyyarəsi (HKY767 reysi) Almaniyanın Ramşteyn hərbi bazasından Türkiyə istiqamətində yola düşüb. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
28
qaynarinfo.az

10Mənbələr