AZ

Premyer Liqa: Bu gün daha 2 oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq.

Əvvəlcə “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

“Bank Respublika Arena”da baş tutacaq görüşə 17:30-da start veriləcək.

I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. “Səbail” səfərdə “Zirə”nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
10
news365.az

10Mənbələr