AZ

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq.

Demokrat.az xəbər verir ki, əvvəlcə "Sabah" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

"Bank Respublika Arena"da baş tutacaq görüşə 17:30-da start veriləcək.

I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Səbail" səfərdə "Zirə"nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

17:30. "Sabah" - "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır, "Bank Respublika Arena".

20:00. "Zirə" - "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
demokrat.az

10Mənbələr