AZ

ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də zərbə endirəcəyini gözləyirlər

ABŞ və İsrail rəsmiləri münaqişənin kəskinləşdiyi bir vaxtda İranın avqustun 5-də İsrail ərazisinə zərbələr endirəcəyini gözləyir.

Bu barədə Axios portalı məlumat yayıb.

“Üç Amerika və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bağlı İran hakimiyyətinin Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.

Eyni zamanda, İİKK Haniyənin öldürülməsinə görə İsraildən vəhşicəsinə qisas alacağına söz verib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
47
dogru.az

10Mənbələr