AZ

Bayden Rusiya ilə siyasi məhbus mübadiləsindən sonra Putinə hansı çağırışı etdi?

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden Rusiya ilə siyasi məhbus mübadiləsindən sonra Rusiya lideri Vladimir Putini “dayanmağa” çağırıb.

“Fox News”-un yaydığı məlumata görə, Ağ Ev rəhbəri bunu üç amerikalının gəldiyi təyyarəni qarşılaşarkən deyib.

Bayden həbsdə olan ABŞ vətəndaşlarının evlərinə qayıtmasından "məmnun olduğunu" söyləyib.

Daha sonra jurnalistlər ondan Putinə hansı mesajı çatdırmaq istədiyini soruşublar. Amerika lideri belə cavab verib: “Dayan”.

“Biz birlikdə hərəkət etdiyimiz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç nə yoxdur... Heç nə... Biz Amerika Birləşmiş Ştatlarıyıq”, -deyə Bayden vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Co Bayden Rusiya ilə Qərb arasında genişmiqyaslı məhbus mübadiləsi barədə Vladimir Putinlə danışmadığına eyham vurmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
47
hafta.az

10Mənbələr