AZ

Lopes və Afflekin boşanması ilə bağlı şok iddia: Dekolte sevgisi evliliklərinin sonunu gətirdi

Son dövrdə mətbuatın ən çox müzakirə olunan cütlüyü, nişanlanıb ayrıldıqdan illər sonra yenidən birləşən Cennifer Lopes və Ben Afflek olub. 2022-ci ildə əvvəlcə sürpriz bir nikah, sonra da təmtəraqlı toyla evlənən cütlüyün birlikdə xoşbəxt həyatı belə görünür ki, artıq bitir.

Ulduz cütlüyün ayrılma səbəbi kimi müxtəlif iddialar səsləndirilir.

hakimiyyet.az-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, bunlardan biri Cenniferin dekolte sevgisi göstərilir.

İddiaya görə, 55 yaşına girən Lopesin dekolteləri, yırtmacları, diqqət çəkən geyimi cütlüyün arasındakı anlaşılmazlıqlara səbəb olub. Buna sübut kimi ifaçının fərqli-fərqli vaxtlarda verdiyi müsahibələr göstərilib.

Məsələn, "Live with Kelly and Mark" adlı proqramda qonaq olan Lopes geyim tərzi üzündən Ben Affleklə münaqişə yaşadıqlarını deyib.

"Ben bəzən mənimlə zarafat edir, "Bu köynəyin qalanı haradadır?", - deyir. Mən də ona köynəyin qalanı yoxdur deyirəm", - deyə ulduz Afflekin geyim-keçimi haqqındakı reaksiyalarından danışarkən bildirib.

Başqa bir müsahibədə Lopes Afflekin xüsusilə bəzi dəvətlərə və ya qalalara gedərkən geyinəcəyi paltarların sınaqlarına onunla birlikdə getmədiyini deyib.

Son məlumatlara görə, onların boşanma mövzusunda razılaşıblar, hətta belə hazırlayıblar. Amma hələ ki, rəsmi açıqlama yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
22
hakimiyyet.az

10Mənbələr