AZ

Cennifer Lopez BOŞANIR

İki il əvvəl evlənən Cennifer Lopez və Ben Afflek boşanır.

Redaktor.az bunu xarici KİV-ə istinadən xəbər verir. 

Uzun müddətdir evliliklərində problem yaşadığı iddia edilən cütlük son qərarını verib. Evlərini ayıran "Bennifer" cütlüyü münasibətlərini rəsmi şəkildə bitirmək qərarına gəlib.

Dünya şöhrətli müğənni Cennifer Lopez və tanınmış aktyor Ben Afflek 2002-ci ildə rol aldıqları filmdə tanış olaraq nişanlanıblar. Lakin evlənəcəyi gözlənilən cütlük bir ildən sonra ayrılıb. Pərəstişkarları və media tərəfindən "Bennifer" adlandırılan ikili, illər əvvəl bitən münasibətlərinə yeni şans verərək 2021-ci ildə evləniblər. Mediada evliliklərinin üzərində qara buludların dolaşdığı deyilsə də onlar boşanma xəbərlərini təkzib edirdilər.

Cütlüyün ayrılma səbəbi maliyyə məsələlərində fikir ayrılığının evliliklərində ciddi gərginliyə səbəb olması olub.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
22
redaktor.az

10Mənbələr