AZ

Serbiyənin ən böyük hərbi zavodunda daha bir partlayış oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Serbiyada "Kruşik" müdafiə müəssisəsinin sexlərindən birində güclü partlayış olub
Oxu.Az-ın Ura.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Valyevo şəhər polisi xəbər yayıb.
Bildirilib ki, hadisə baş verən vaxt müəssisədə 20 işçi olub. Onlardan yeddisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunub ki, Valyevoda yerləşən "Kruşik" Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlət mülkiyyətindədir.
Serbiyada oxşar hadisə may ayının sonunda da baş vermişdi. Həmin vaxt "Kruşik" müəssisəsində baş verən partlayış nəticəsində xəsarət alan əməkdaş yüngül yaralanmışdı. 2022-ci ildə baş verən partlayışda isə 40 nəfər yaralanmışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
oxu.az

10Mənbələr