AZ

Rusiya qüvvələrinin Xarkovdakı mövcudluğu zaman məsələsidir - BUDANOV

"Xarkov vilayətində işğalçıların qalması zaman məsələsidir".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib.

 

Telemarafon zamanı Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəisi qeyd edib ki, bu bölgədəki Rusiya qüvvələri “bufer zona” yaratmağa çalışsalar da, cəhdləri baş tutmayıb. Jurnalistin işğalçıların belə bir zona yaratmaq cəhdlərindən imtina edib-etmədikləri ilə bağlı sualına o, belə cavab verib: “Xeyr, onlar Xarkov vilayətinin işğal olunmuş ərazilərində qalıblar, amma bu zaman məsələsidir”.

 

Kəşfiyyat rəhbəri əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin bu il üçün minimum vəzifəsi Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, maksimum vəzifə isə “Ukraynanı istənilən yolla əldə etmək”dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
modern.az

10Mənbələr