AZ

Avtobusun aşması zamanı ölən 18 yaşlı Məryəmin FOTOLARI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.
Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
oxu.az

10Mənbələr