AZ

Heydər Məmmədov: "Bu ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib".
Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov bu gün Naxçıvanda keçirilən konfrans zamanı qeyd edib.
Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş "Cərimə Parkı - Təbiətin qisası" konsepsiyası barədə danışıb.
"2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb, 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Heydər Məmmədov əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
oxu.az

10Mənbələr