AZ

Azərbaycanın çox yüksək yanğın təhlükəsi olan bölgələri

Avqustun 2-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Tovuzda kiçik, Gəncə, Şəmkir, Tərtər, Ağdamda orta, Ağstafa, Naftalan isə çox yüksək yanğın təhlükəsi növündədir.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Sarıbaş, Zaqatala, Qəbələ, Oğuz, Balakəndə kiçik yanğın təhlükəsi növünə aid edilib.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növündədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
15
publika.az

10Mənbələr