AZ

Bu ərazilərdə yanğın təhlükəsi yüksəkdir

İyulun 30-da respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəriciləri açıqlanıb. 

Ednews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır. 

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Ağdamda orta, Ağstafa, Naftalanda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır. 

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Xızı, Quba, Qusarda kiçik, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır. 

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır. 

Qeyd: İyulun 31-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
15
ednews.net

10Mənbələr