AZ

Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI

Yaşadığımız əsri nəzərə alsaq həyatımızı süni intellektsiz, texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Süni intellekt bir çox sahələrdə, əsasəndə məişətdə çox dadımıza çatır. Bəs, süni intellektin hansı mənfi və müsbət tərəfləri var? 
 
Bizi maraqlandıran sualla bağlı İKT üzrə ekspert Elvin Abbasov Moderator.az-a danışdı:
 
 
“Süni intellekt və texnologiya bütün sahələri əhatə edir. Hətta sosial, peşəkar, bioloj, tibb sahəsini və s…Ümumi olaraq düşünürüksə, süni intellek və texnologiya bu gün bütün sahələri əhatə edib. Bütün sahələrdə süni intellekt insana ritun işlərdə, insan üçün təhlükəli olan bir çox peşədən onu uzaqlaşdırır və daha yaxşı iş şəraiti, məlumatların daha əlçatan olmasını, onların emalını surətləndirir. Hətta süni intellektdə biz bu gün bilmədiyimiz dillərdən, xarici resurslardan məlumatı öz dilimizdə axtarış edə bilirik, yəni azərbaycanca hər hansı məlumatı axtardıqda, biz orada yaza bilirik ki, “başqa dillərə tərcümə et və ya axtar”, beləliklə həmin məlumat bir çox dillərdə, bizə lazımlı və emal edilmiş formada tapılır. Bunun kimi süni intellekti iki istiqamətdə şərh etmək olar, həm ümumi, həm də spesifik olaraq. Spesifik sahələr dedikdə, misal üçün, elə süni intellektlər var ki, bu gün tək sahə üzrə ixtisaslaşdırılır, həmin sahədə geniş töhfələr verir və bunu bir çox istiqamətdə şərh etmək mümkündür: xarici resurslar, şirkətlər var ki, onlar call senterlərindən insan faktorunu çəkirlər və tamamilə insansız, süni intellektlə idarə edirlər. Avtomatika sahəsində bu gün baxırıq ki, Niderlandda artıq traktorlar insansız, avtomatik, texnologiya, süni intellektlə idarə olunur. Yəni orada artıq insana ehtiyac yoxdur. Kordinatları alır və özü edir. Tibb sahəsində, bitkilərdə, kosmikdə və bir çox başqa sahələrdə  süni intellekt bu gün töhvə verir.
Desək ki, süni intellektin riskləri nədir? Bəziləri belə başa düşür ki, süni intellekt insanı tənbəlləşdirir, zamanla insana ehtiyac qalmayacaq, süni intellek insan üçün təhlükədir, gələcək zamanda robotlar insanı ələ keçirdə bilər, amma biz nəzərə almalıyıq ki, sünni intellekt sadəcə bir intellektdir, yəni bizim başımızda yerləşən zəka tərəfidir”.
 
Ekspert açıqlamasında bildirdi ki, süni intellektdən yararlanmaq lazımdır, onun hər hansı təhlükəyə səbəb olacağından qorxmaq yox:
 
“Amma ki, onun təhlükəli olması üçün alətə, duyğulara, emosiyalara ehtiyacı var. Misal üçün, süni intellektin qəzəb hissi, ümumiyyətlə hissləri, duyğuları yoxdur. Onun qəzəblənməsi üçün motivasiyası yoxdur, amma insanın qəzəb hissi, duyğuları, hormonları var. Hormonlar duyğuları, duyğular hissləri tətikləyir və hisslər ən son ağlımıza, yəni zəkamıza bir əmr verir, zəkamız onu emal edir və nəticə çıxardır. Süni intellektin təhlükələri dedikdə bu daha çox elmi səviyyədə müzakirə olunması gərəkən bir çox məsələ var ki, süni intellekt insana  niyə zərər versin, onun hansı duyğusu, hormonu tətikləyəcək ki, qəzəblənə bilsin, qısqansın, sevsin və bunun kimi bir çox absurd olan fikirlər var. Bu fikirləri böyük şirkətlər özləri reklam aləti olaraq, özlərini daha önə keçirtmək üçün bir çox bu tip teori istifadə edirlər. Amma süni intellekt insanı tənbəlləşdirə bilərmi? Bir insan tənbəldirsə, onsuzda tənbəldi, süni intellekt əlvə olaraq ona heçnə etməyəcək. İnsan araşdırımacıdırsa elə də olacaq. Süni intellekt bu gün həyatımızı asanlaşdırır, insan üçün təhlükəli olan işlərdən insanları qoruyur, süni intellekt bu gün məlumatları əlçatan edir, bizim üçün həyatı asantlaşdırır ki, işə fokuslanaq, yəni ixtra edək, yaradaq, yaxşı nəticələr ortaya qoyaq. Dünya bununla məşğuldur. Mən TV-də baxıram ki, bəzən bir qurum təmsilçisi deyir ki, “süni intellektlə mübarizənin yolları”, niyə mübarizə aparmalıyıq ki, süni intellektlə, belə edib yeniəmi geri qalaq digər ölkələrdən?! 
İnkişaf etmək, istifadə etmək lazımdır. Düşünürəm ki, süni intellekdən daha da yaxşı faydalanmaq lazımdır”.
 
 
Vüsalə İbrahimli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
40
moderator.az

10Mənbələr