AZ

Peşə təhsili müəssisələrinə işə qəbul imtahanı keçirilib

Bu gün 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Bu barədə "Cebheinfo.az"-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 3708 namizəddən 2375 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1863 namizəd vakant yerlər uğrunda mübarizə aparıb.

150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Seçilən
44
11
cebheinfo.az

10Mənbələr