AZ

Peşə məktəblərində işə qəbulla bağlı imtahan keçirilib

Avqustun 2-də 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 3708 namizəddən 2375 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1863 namizəd vakant yerlər uğrunda mübarizə aparıb.

İmtahanda iştirakçılar 150 dəqiqə müddətində ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə sentyabrın 15-dək aparılacaq.

Seçilən
39
11
bakivaxti.az

10Mənbələr