AZ

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Hakim Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
37
cbcsport.az

10Mənbələr