AZ

Azərbaycanlı FIFA referisi Avropa Liqasına təyinat alıb

Əliyar Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Panevejis" (Litva) - "Makkabi" (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq.

Oxu.Az xəbər verir ki, FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən "Aukştaytiya" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
37
musavat.com

10Mənbələr