AZ

Azərbaycanda DƏHŞƏTLİ QƏZA – ölü və yaralılar var – VİDEO – YENİLƏNİB

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.Busaat.az

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

12:26

Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Busaat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

***

12:04

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.

Busaat.az xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
busaat.az

10Mənbələr