AZ

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu - 1 ölü, 18 yaralı var YENİLƏNİB+ FOTO

Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində 18 nəfərin xəsarət alması, bir nəfərin isə ölməsi ilə bağlı araşdırma aparılır.   Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.   *** 12:13 Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.   Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10-dan çox yaralının olduğu bildirilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
manset.az

10Mənbələr