AZ

ABŞ prezident seçkilərində əhəmiyyətli mövzu qadınların öz bədənləri ilə bağlı verəcəyi qərarla bağlıdır

Abort hüququ ABŞ-da builki prezident seçkilərində əsas mövzulardan biridir. Kamala Harris kampaniyası abort hüquqlarına diqqəti artıraraq seçiciləri noyabr ayında seçki məntəqələrinə səsləyir. Donald Tramp və Respublikaçılar partiyası isə abort əleyhinə ictimai mövqelərinin tonunu aşağı salır.

ABŞ-da qadınların reproduktiv hüquqları tez-tez vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniya tədbirlərinin mərkəzində yer alır: "Biz, reproduktiv azadlığa inanlar, Donald Trampın abortla bağlı ifrat qadağalarını dayandıracağıq. Çünki biz qadınların öz bədənləri ilə bağlı qərarları özləri verməli olduqlarına və hökumətin onların qərarlarına müdaxilə etmək hüququ olmadığına inanırıq".

Keçmiş prezident Donald Tramp, Ali Məhkəmənin 2022-ci ildə aborta çatımlılığın federal səviyyədə qorunmasının ləğvini alqışlayıb. O, bu barədə qərarların ştatlara verilməsin tərəfdarı olduğunu vurğulayır: "Demokratlar... düzdür, hamısı deyil, çünki əksəriyyəti bizimlə razılarşır... Onlar radikallardır. Halbuki bizim mövqeyimiz odur ki, abortla bağlı qərarlar ştatlara həvalə olunmalıdır".

Tramp və Respublikaçılar Partiyası bu yaxınlarda abort ritorikasını azaldıblar. Daha öncə bu ritorika bəzən ölkə səviyyəsində abort qadağası çağırışlarını da əhatə edirdi. Rutgers Universitetinin sorğu eksperti Eşli Koninq deyir ki, bu, təsadüfi deyil: "Biz ara seçkilərində və xüsusi seçkilərdə abortun birbaşa və ya dolayı yolla seçki bülletenində yer aldığını və seçkilərə nə dərəcədə təsir etdiyini, eləcə də seçicilərin reproduktiv sağlamlıq və abort məsələlərini dəstəklədiyini gördük".

Demokratların seçki platformasında seçim azadlığı və abort klinikalarına dəstək əhəmiyyətli yer tutur. Buna misal olaraq iyulun 23-də vitse-prezident Harrisin həyat yoldaşı Daq Emhof Virciniya ştatının Maklin şəhərində reproduktiv sağlamlıq mərkəzinə baş çəkib. Bu addım mərkəzin tibbi direktoru Dr. Cessika Rubino tərəfindən yüksək qiymətləndirilib: "Hesab edirəm ki, bu, seçki üçün ən vacib mövzulardan biridir. Vitse-prezidentin, ikinci cənabın buna diqqət yetirməsi, bizimlə əlaqə saxlamağa və plan üzərində işləməyə davam etməsi həqiqətən vacibdir".

Abort əleyhinə olan qruplar arasında reproduktiv hüquqların noyabrda seçkiyə rekord sayda seçici gətirəcəyinə şübhə edənlər də var.

Milli Yaşamaq Hüququ Komitəsinin prezidenti Kerol Tobiasın fikrincə, Trampın kampaniyası Harrisin kampaniyası kimi, abortu kəskin diqqət mərkəzində saxlamayacaq: "Düşünürəm ki, onlar vacib hesab etdikləri şeylər haqqında danışacaqlar. Harrisə nə qədər cavab verəcəklərini bilmirəm. Düşünürəm ki, onlar mütləq insan ailəsinin üzvü olan doğulmamış uşağın qorunmağa layiq olması barədə danışmalıdırlar".


Təhlilçilər, Tramp kampaniyasının seçiciləri cəlb edərkən iqtisadiyyatı ön planda saxlamağa davam edəcəyini gözləyirlər, çünki tarixən amerikalıların prezident seçkilərində əsas narahatlığı bu olub.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
40
visiontv.az

10Mənbələr