AZ

Fermerlərə verilən sığorta ödənişlərinin məbləği artıb

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşən sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib.

Banco.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib. 2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43 faiz artıb.
Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 1 milyon 147 min manat sığorta ödənişi edilib. 2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
8
banco.az

10Mənbələr