AZ

Fermerlərə sığorta ödənişləri 3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşən sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib. 2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43 faiz artıb.

Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 1 milyon 147 min manat sığorta ödənişi edilib. 2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
8
vergiler.az

10Mənbələr