AZ

Nikol Kidman və 16 yaşlı qızı göz qamaşdırdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur Hollivud aktrisası Nikol Kidman böyük qızı Sandi Rouzla birlikdə Parisdə keçirilən "OMEGA Her Time" tədbirinin əsas ulduzları olublar.
Oxu.Az-ın "People Talk"a istinadla verdiyi məlumata görə, Kidmanın 16 yaşlı qızı ilk dəfə ictimaiyyət qarşısına çıxıb və tamaşaçıların heyranlıq dolu baxışlarını özünə cəlb edib.
Həmçinin Nikol və Sandinin bütün axşam bir-birilərinin əllərini buraxmamaları pərəstişkarların diqqətindən yayınmayıb.
Xatırladaq ki, 55 yaşlı Nikol Kidman və həyat yoldaşı, avstraliyalı kantri ifaçısı Kit Urbanın iki ortaq qızı var - Sandi Rouz və Feyt Marqaret, onlar surroqat analıq sayəsində dünyaya gəliblər. Bundan əlavə, aktrisa Tom Kruzla evliliyində övladlığa götürdüyü iki uşağı da böyüdür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
oxu.az

10Mənbələr