AZ

Bakıda bəzi ağaclar avtobusların hərəkətinə mane olur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının bir sıra küçə və prospektində çəkilmiş avtobus zolaqları ictimai nəqliyyatın hərəkət intensivliyini yaxşılaşdırsa da, bəzi hissələrdə maneələr yenə də qalır.
"Qafqazinfo" xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrində ağac budaqları yol nişanlarının görünməsinin qarşısını almaqla yanaşı, nəqliyyat vasitələrinin hərəkətinə maneə olur.
Bildirilib ki, bu ərazilərdə avtobuslar zolaqla hərəkətdə olarkən qarşılarına çıxan ağaclara çırpılmamaq üçün sürücülər nəqliyyat vasitəsini sola çəkir və zolaqdan çıxmağa məcbur olurlar. Bu da digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır, bəzi hallarda qəzaya səbəb olur.
Paytaxtda ən böyük özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu"dan bildirilib ki, ağac budaqlarının yolun hərəkət hissəsini tutması səbəbindən nəqliyyat vasitələrinə bəzi hallarda ziyan dəyir və bu hal avtobus zolaqlarının effektivliyini aşağı salır: "Məsələ ilə bağlı tərəfimizdən də aidiyyəti qurumlara müraciət edilib".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
oxu.az

10Mənbələr