AZ

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - RƏSMİ AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Badamdar qəsəbəsində villa tikilməsi səbəbindən havaya atılan tozun miqdarının normadan artıq olduğu təsdiqlənib.
Bu barədə Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev deyib.
Onun sözlərinə görə, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, Xurşidbanu Natəvan küçəsində aparılan tikinti işləri zamanı ətrafa tozun yayılması ilə bağlı daxil olan şikayət araşdırılıb. Q.Ağayev qeyd edib ki, araşdırma zamanı sözügedən ərazidə "Huner Group" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinin aparıldığı müəyyən edilib:
"Özünü "Huner Group" MMC-nin mühəndisi kimi təqdim edən Eşqin Quliyev adlı şəxsin iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Qrupunun mütəxəssisləri tərəfindən ərazidə monitorinq-ölçmə işləri aparılıb və havaya atılan tozun miqdarının yol verilən həddən artıq olduğu məlum olub".
Xidmət rəsmisi əlavə edib ki, faktla bağlı akt tərtib olunub, hazırda qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma davam etdirilir.
Qeyd edək ki, ötən gün Badamdarda yaşayış massivinin qarşısında villaların tikilməsi səbəbindən yaranan toz-torpağın sakinlərin narahatlığına səbəb olması ilə bağlı məlumat vermişdik.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
oxu.az

10Mənbələr