AZ

"Vaqner" ÖHŞ-nin Malidə tuareqlərə əsir düşən üzvlərinin görüntüləri yayıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Malidə tuareq separatçıların hücumundan sonra sağ qalan "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçüləri hələ də əsirlikdə qalırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, dünən mediada onların azad edilməsi barədə yayılan məlumat düzgün deyil.
İlkin məlumata görə, əsirlər hərbçi və tibb işçisidir. Onların vəziyyəti haqqında məlumat yoxdur.
Kanaldan vurğulanır ki, hazırda terrorçuların nümayəndələri ilə mümkün azad edilmə barədə danışıqlar davam edir.
Xatırladaq ki, iyulun 28-nə keçən gecə, "Vaqner" ÖHŞ döyüşçüləri Malidə Kidal şəhəri yaxınlığında tuareq separatçılarının pusqusuna düşüblər. Tuareqlər pusquya düşənlərə kömək etməyə çalışan "Vaqner" Mi-24 helikopterini də vura biliblər. Rusiyalıların itkiləri arasında bir neçə hərbi texnika da var. Ölənlərin sayının ən azı 20 nəfər olduğu bildirilir. Qeyd olunur ki, "Vaqner"çilər" Malinin hökumət qoşunlarına kömək etmək üçün döyüş mövqeyinə gedirdilər.
Tuareqlər bir əsrdən artıqdır ki, qitədə güc yolu ilə müstəqil dövlət yaratmağa çalışan Afrika tayfasıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
22
oxu.az

7Mənbələr