AZ

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Malidə pusquya düşüblər.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, hadisə iyulun 28-nə keçən gecə baş verib.
Məlumata görə, Kidal şəhəri yaxınlığında "Vaqner"çilər tuareq separatçılarının pusqusuna düşüblər. Tuareqlər pusquya düşənlərə kömək etməyə çalışan "Vaqner" Mi-24 helikopterini də vura biliblər. Rusiyalıların itkiləri arasında bir neçə hərbi texnika da var.
Ölənlərin sayının ən azı 20 nəfər olduğu bildirilir.
Qeyd olunur ki, "Vaqner"çilər" Malinin hökumət qoşunlarına kömək etmək üçün döyüş mövqeyinə gedirdilər.
Xatırladaq ki, tuareqlər bir əsrdən artıqdır ki, qitədə güc yolu ilə müstəqil dövlət yaratmağa çalışan Afrika tayfasıdır. Onların arasında radikal islamçılar da var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
22
oxu.az

7Mənbələr