AZ

Bu küçədən su əvəzinə qan axır - FOTO

Xətai rayonunun Mirzə Davud küçəsinin sakinləri antisanitariyadan şikayətçidirlər.

Hit.az-a daxil olan müraciətdə küçə sakinləri  kanalizasiyanın bərbad vəziyyətdə olmasından gileylidirlər:

"Bir az yağmur olan kimi küçləri su basır. Çox zaman elə tağış olmadan da kanalizasiya daşır, çirkab suları küçəni basır. Qonşuların çoxu qəssablıqla məşğuldur deyə kanalizasiya daşanda hər tərəfi qanlı su basır. Küçələrdə qan gölü yaranır. Bu antisanitariya vəziyyəti əlbəttə qorxunc xəstəliklərə səbəb ola bilər".  

Qeyd  olunub ki, bu məsələ ilə bağlı, yəni küçəyə yeni kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlər isə hələ də  cavabsız qalır.

İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
hit.az

10Mənbələr